"Neftçi" üçün gəlirlər - FOTO

Oxunma: 417 TARIX /

Bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunun görüşləri çərçivəsində "Kəpəz" səfərdə "Neftçi"nin qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, Gəncə klubunun bu günkü matçda, "Bakcell Arena"da yalnız qalmayacağı dəqiqdi. Belə ki, səhər saatlarında 70-ə yaxın azarkeş Nizami Yurdundan paytaxta tərəf yola düşüblər.

Bəzi tərəfdarlar isə şəxsi avtomobilləri ilə Bakıya gəlir.