reklam

"Neftçi" ilə oyunda zədələnən "Kəpəz"in üzvü Dieqo Souzanın son durumu bəlli olub.

Klubun baş məşqçisi Yunis Hüseynov İdmanxeber.com-a bildirib ki, braziliyalı futbolçunun zədəsi ciddi deyil və onun qarşıdakı turda "Keşlə" ilə ev matçında meydana çıxması gözlənilir.

Qeyd edək ki, Souza "qış transfer" dönəmində Gəncə təmsilçisinə qoşulmuşdu.