"Neftçi"nin "Kəpəz"lə oyunda yeganə qolunun müəllifi Mirabdulla Abbasov idmanxeber.com-a açıqlama verib.

-Psixoloji cəhətdən çox vacib bir qələbə idi. Təlim-məşq toplanışındakı oyunlar çox da uğurlu deyildi. Üstümüzdə təzyiq var idi.

- Təxminən, 20 kq artıq çəkisi olan futbolçu var idi meydanda...

- Bu, məşqçinin seçimidir. Buna hörmətlə yanaşıram. Mənim işim meydana çıxıb, öz işimi görməkdi.

- Təlim-məşq toplanışı uğurlu olmadı. Bəs, bu oyundan qabaq təzyiq hiss olunurdumu?

- Bayaq dediyim kimi, çox böyük təzyiq var idi üstümüzdə. Yaxşı ki, qələbə qazana bildik.

- 90 dəqiqə oynamağa hazır hiss edirsən özünü?

- Hazıram.

- Bu qələbə ilə yaxşıya doğru dəyişikliklər olacaqmı?

- Bəli, inanıram ki, daha inamlı oynayacağıq bundan sonra. Qələbələrimizi sıralayacağıq.