"Kəpəz"in biabırçı bəhanəsi - PFL-dən rəsmi açıqlama

Oxunma: 672 TARIX /

Gəncə şəhər stadionu yenə yararsız vəziyyətdə qalıb.

İdmanxeber.com-un məlumatına görə, meydançanın otları futbol oynamaq üçün əlverişsiz hala düşüb. Buna səbəb, havanın bir balaca soyuq keçməsidi. Mövsümə tab gətirməyən qazonun otları sap-sarı saralıb. Belədə həftəsonu "Keşlə"ni qəbul edəcək Gəncə klubu PFL-dən imdat diləyib.  Peşəkar Futbol Liqasına oyunun yerinin dəyişdirilməsi üçün müraciət ünvanlayan klub rəhbərliyinin bəhanəsi isə deyiləsi deyil. 

Məsələ ilə bağlı İdmanxeber.com-a danışan Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev "Kəpəz"in quruma rəsmi olaraq deyil, şifahi olaraq müraciət ünvanladığını bildirib: "Bəli, bu məsələdən xəbərdarıq. Ancaq rəsmi xahiş, müraciət olmayıb. Sadəcə şifahi danışıq olub. O da, "Kəpəz" rəhbərliyi bildirdi ki, həmin gün Gəncədə (18 fevral) tədbir olacaq. Bu üzdən, oyun təxirə salınsın, ya da paytaxtda keçirək. Çox güman ki. "Kəpəz" - "Keşlə" matçı başqa stadionda keçiriləcək".