reklam

Azərbaycanın 21 yaşlı futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsinin oyunları çərçivəsində Kosova ilə keçirəcəyi oyunun vaxtı və məkanı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, martın 22-də Mitrovitsa şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşma Adem Yaşari Olimpiya Stadionunda olacaq.

Qeyd edək ki, bu, millimizin yeni baş məşqçisi Rəşad Sadıqov üçün rəsmi debüt matçı olacaq.