Ramin Musayev "Kəpəz"ə "YOX" dedi

Oxunma: 833 TARIX /

Bir qədər öncə Gəncə stadionunun ot örtüyünün yararsız vəziyyətə düşməsi ilə bağlı xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, hətta, PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev də əməkdaşımızla söhbətində bildirdi ki, "Kəpəz" klubu qarşılaşmanın başqa stadionda keçirilməsi üçün onlara şifahi müraciət ünvanlayıb. Səbəb isə fevralın 18-i - "Kəpəz" - "Keşlə" oyunu günü Gəncədə adı məlum olmayan tədbirin keçirilməsidi.

Məsələyə münasibət bildirməsi üçün "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Rəfi ilə əlaqə saxladıq. Klub rəsmisi isə bunları söylədi: "Mənə məlumat verildi ki, heç bir dəyişiklik yoxdu və normal qaydada "Kəpəz" fevralın 18-i doğma meydanda "Keşlə"ni qəbul edəcək. Dəqiq məlumatdı!".

 Bu açıqlamadan isə aydın oldu ki. PFL rəhbəri Ramin Musayev "Kəpəz"in bu dəfəki istəyini geri çevirib. Yəqin o da anlayıb ki, hər lazımsız səbəbdən ötrü azarkeşlərin hissləri ilə oynamaq gərəksizdi.