"Sabah" Premyer Liqadan daha bir futbolçu cəlb etdi

Oxunma: 150 TARIX /

Birinci divizion təmsilçisi "Sabah" növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un klubun "facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, müqavilə ilə "Səbail" klubuna məxsus olan Raul Yaqubzadə mövsümün sonuna kimi icarə əsasında "Sabah"da çıxış edəcək. 

Qeyd edək ki, "Bakı" klubunun yetirməsi sayılan 24 yaşlı hücumçu daha öncə "Mil-Muğan" və "Qaradağ Lökbatan"da oynayıb.