Dino Ndlovu Çin klubunda qol hesabını açdı - FOTO

Oxunma: 340 TARIX /

Qış fasiləsində “Qarabağ”ı Çinin “Zeyanq Qrintaun” klubuna dəyişən Dino Ndlovu bu komandada ilk qolunu vurub.

İdmanxeber.com-un klubun rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, Cənubi afrikalı hücumçu “Shenzhen Airlines Cup” turnirinin finalında “Zeyanq Yitenq”lə görüşdə hesabı açan futbolçu olub. Sonradan daha 2 qol vuran “Zeyanq Qrintaun” turnirin qalibi olub.

Qeyd edək ki, Ndlovu qış fasiləsində 750 min avro qarşılığında “Qarabağ”dan Çin klubuna keçib