DÇ 2018-in oyunlarını Ukrayna kanalları göstərməyəcək

Oxunma: 147 TARIX /

Ukrayna Milli Teleradio Şirkəti yayda Rusiyada keçiriləcək dünya çempionatının oyunlarını yayımlamaqdan imtina edib.

İdmanxeber.com-un yerli mətbuata istinadən yaydığı xəbərə görə, bu barədə şirkətin rəhbəri Zurab Alasaniya məlumat verib. 

Belə bir qərar verməyin çətin olduğunu söyləyən Alasaniya hətta İctimai televiziyanın da oyunları göstərməyəcəyini bildirib.

Qeyd edək ki, son vaxtlar iki ölkə arasında baş verən siyasi gərginliklərlə bağlı Ukrayna bu cür qərar qəbul edib.