reklam

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Kəpəz"lə qarşılaşan "Neftçi"nin müdafiəçisinin aldığı zədə ciddi olub.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın sonlarına yaxın "Kəpəz"in heyətində Dieqo Qusmao ilə toqquşan və yerini İlkin Qırtımova buraxmaq məcburiyyətində qalan Məhəmməd Mirzəbəyovun burnu sınıb.

"Ağ qaralar"ın mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu əməkdaşımızla söhbətində futbolçunun elə oyun günü (dünən) əməliyyat olunmaq məcburiyyətində qaldığını bildirib. 

Əlavə edək ki, Məhəmməd Mirzəbəyov 1 ay yaşıl meydanlardan kənar qalacaq.