reklam

Türkiyə Superliqasında 21-ci tura yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə "Qalatasaray" "Antalyaspor"la üz-üzə gəlib. Qələbə qazanacağı halda liderliyə yüksələcək "Cim-Bom" bu şansı əldən verməyib.

Fatih Terimin yetirmələri qonaqları ilk hissədə vurduğu 3 cavabsız qolla məğlkub edərək birinci pilləni ələ keçirib.

12 fevral

Türkiyə Superliqası, 21-ci tur

"Qalatasaray" - "Antalyaspor" - 3:0

Qollar: Bafetimbi Qomis, 14, 20, Sofian Fequli, 38