Fransanın 3-cü liqa təmsilçisi "Qrenobl"un futbolçusu Əlhərbi Əl Jadeyaui sabiq klubu "Qarabağ" haqda danışıb.

İdmanxeber.com-un madeinlens.com saytına istinadən yaydığı xəbərə görə, o, Ağdam təmsilçisini karyerasının ən yaxşı klubu hesab edib: "Bu, mənim karyeramda tanınan ən yaxşı klubdur. "Qarabağ"da təcrübə mənim gözlərimi açdı və Çempiolar Liqasında, Avropa Liqasının qrup mərhələsində oynamağa, ölkə çempionu olmağa icazə verdi. Mən bir insan kimi daha da inkişaf etdim. "Qarabağ"da gəldiyim vaxt ingilis dilində bir söz belə bilmirdim".

Qeyd edək ki,   Əl Jadeyaui 2015/16 mövsümündə "Qarabağ"da çıxış edib. O, ötən ay "Qrenobl"la müqavilə imzalayıb.