"Kəpəz" "Keşlə" üçün başladı

Oxunma: 166 TARIX /

"Kəpəz" Azərbaycan Premyer Liqasının 16-cı turunda qəbul edəcəyi "Keşlə" ilə oyununun hazırlıqlarına başlayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edir. “Sarı-göylər”in məşqləri hər gün saat 11:00-da olacaq. “Kəpəz” fevralın 16-nadək bu məkanda hazırlıq keçəcək. 
Qeyd edək ki, "Kəpəz" - "Keşlə" görüşü fevralın 18-i oynanılacaq.