reklam

Rusiyanın MOİK komandasının azarkeşi Serbiyanın paytaxtı Belqradda "Srvena Zvezda" ilə Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunundan əvvəl dünyasını dəyişib.

İdmanxeber.com-un məlumatına görə, şəxsiyyəti hələlik müəyyənləşməyən fanat ürək tutmasından keçinib.

Hadisənin hər hansı toqquşma ilə əlaqədar olmadığı bildirilir.

Qeyd edək ki, bu gün Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək "Srvena Zvezda" - MOİK matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab görüşü fevralın 21-də Moskvadakı "MOİK Arena"da olacaq.