"Qarabağ" azarkeşləri üçün 2 şad xəbər birdən

Oxunma: 1868 TARIX /

Premyer Liqasının 15-ci turunda "Qəbələ" ilə matçdan sonra istirahətə buraxılan "Qarabağ" bu gündən "Səbail"lə oyununun hazırlıqlarına start verib.

İdmanxeber.com-un məlumatına görə, ötən oyunu zədə səbəbindən buraxan Miçel zədəsini tam sağaldaraq komandayla çalışmalara başlayıb. Digər zədəli futbolçu Əfran İsmayılov isə fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, "Səbail" - "Qarabağ" görüşü fevral 18-i saat 17:30-da başlayacaq.