reklam

19 yaşadək futbolçulardan ibarət millimizin sabiq baş məşqçisi Nikolay Adam yenidən Azərbaycana gəlir.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, ən son Hindistanın 17 yaşlılardan ibarət millisində işləyən almaniyalı mütəxəssisin ölkəmizə gəlişinin səbəbi bu dəfə hər hansı komandanı çalışdırmaq deyil. Belə ki, Adam Təhsil Nazirliyinin dəvəti ilə Bakıya təşrif buyuracaq. O, Bakıda Təhsil Nazirliyinin tabeçiliyində olan 60 məşqçiyə kurs keçəcək.

Qeyd edək ki, millimizdən ayrıldıqdan sonra alman çalışdırıcı Hindistanda da çox işləyə bilməyib. Çox keçmədən Hindistan Futbol Federasiyası milli üzvlərinin Adamla bağlı yazdıqları şikayət əriələrinə, eləcə də komandanın uğursuz çıxışına görə istefaya göndərilib. Nikolay Adam milli üzvlərinə qarşı fiziki zorakılıqda ittiham olunması da yayılan xəbərlər arasında yer almışdı.