reklam

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində səfərdə  "Zirə" ilə qarşılaşan "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov sarı vərəqə ilə cəzalandı.

İdmanxeber.com-un məlumatına görə, bununla da sumqayıtlıların müdafiəçisi sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşüb.

Bu isə o deməkdi ki, Premyer Liqanın 16-cı turu çərçivəsində Hüseynov "Neftçi" ilə matçda komandasına kömək edə bilməyəcək.