reklam

Avropa Liqasının 1/16 final mərhələsinin görüşlri çərçivəsində "Atletiko"nun rəqibi "Kopenhagen" olacaq.

İdmanxeber.com-un məlumatına görə, sözügedən matç barədə İpsaniyanın "Marca" qəzeti maraqlı yazı dərc edib. Yazıya isə olduqca gözəl başlıq verib. Yazı "Qarabağ"ın qurbanlarının qarşılaşması" adlandırılıb. Aydın olduğu kimi yazıda "Qarabağ"ın "Atletiko" və "Kopenhagen"i qitənin ən nüfuzlu klub turnirində uğursuzluğa düçar etdiyi qeyd olunub.

Qeyd edək ki, "Qarabağ" ÇL-in qrup mərhələsində "Atletiko" ilə hər iki matçda heç-heçə (0:0; 1:1) edib. Ağdam klubu ÇL-in pley-off mərhələsində isə  "Kopenhagen"i səfərdə vurulan qolla (1:0; 1:2) keçərək, tarixində ilk dəfə qrup mərhələsinə düşüb.