reklam

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XV turunun oyunlarında baş verənlər müzakirə olunub, müvafiq qərarlar verilib.

 “Qarabağ” – “Qəbələ” matçının 72-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib.