"Neftçi"nin zədəliləri sıraya dönür

Oxunma: 161 TARIX /

"Neftçi"nin iki futbolçusu zədəsini sağaldıb.

İdmanxeber.com-un məlumatına görə, gənc futbolçular - Elnur Cəfərov və Ömər Buludov məşqlərə başlayıblar. 21 yaşadək futbolçulardan ibarət milli komandamızın düşərgəsində zədə alan Cəfərov bu gündən fitnes zalında məqşlərə start verib. Hücumameyilli yarımmüdafiəçi 2 həftədən sonra kollektivlə məşqlərə başlayacaq. Ömər Buludov isə artıq tam olaraq sıraya dönüb. U-21 yığmamızın heyətində burnu qırılan müdafiəçi dünəndən "Neftçi"nin əsas komandası ilə hazırlığa start verib.

Qeyd edək ki, "Neftçi" Topaz Premyer Liqasının XVI turunda səfərdə "Sumqayıt"la qarşılaşacaq.