"Sumqayıt" "Neftçi"yə qalib gəldi - YENİLƏNİB

Oxunma: 298 TARIX /

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə iki görüş keçiriib.. Turun mərkəzi matçı Qəbələdə olub. Burada yerli komanda "Zirə"ni qəbul edib. Digər matçda isə "Sumqayıt" "Neftçi" ilə üz-üzə gəlib. 

17 fevral (şənbə)

15:00. “Qəbələ” – “Zirə” 2:1
Qol: Aleksandr Dedov, 39, (0:1), Stiven Monroz, 56 (1:1), Baqali Dabo, 64 (2:1)

Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

18:30. “Sumqayıt” – “Neftçi” 2:0
Qırmızı vərəqə: Rəşad Sadiqov, 60 ("Neftçi")
Qol: Tural Axundov, 13-pen., Amil Yunanov, 17
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov 
Sumqayıt. Şəhər stadionu