"Bizim üçün çox həyəcanlı oyun idi. Məcbur olduq ki, daha aqressif oyun nümayiş etdirək. Özümüzü sübut etməyə çalışırdıq. Göstərmək istədik ki, biz Azərbaycan komandasıyıq və bu klubda azərbaycanlılar çoxdu. Çalışırdıq ki, mübarizəmizi meydanda göstərdiyimizi diqqətə çatdıraq. İnanın o qədər istəkli idik ki, əlimdə olsa özüm meydana çıxardım".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Sumqayıt" - "Neftçi" matçı sonrası meydan sahiblərinin baş məşqçisi Samir Abasov deyib. Çalışdırıcı, daha sonra jurnalistlərin suallarıı cavablandırıb.

- Bir epizotda emosiyalarınızı saxlaya bilmədiniz və hakimə sərt etiraz etdiniz...
- Futbolçulardankimsə "qırmızı" almalı idi, elə oldu ki, mən aldım. Hakimə bildirdim ki, etmə, zatən vəziyyətimiz ürəkaçan deyil. 
- Rəhbərliyin "Sumqayıt"dan getməsindən sonra özünüzü tərk edilmiş hesab etmirsiniz?
- Bu məsələ göstərdi ki, bu komandanın yanında bir futbolçular, bir də mən varam.
- Bu hadisələr göstərir ki, "Sumqayıt"ın Avrokuboklara gedən yolunu bağlamağa çalışırlar. Psixoloji cəhətdən sınmadınız ki?
- Bizim kimin ünvanına danışaq bilmirəm. Avrokuboklara getməyimizi istəmirsinizsə, gəlin meydanda mübarizə aparaq. "Neftçi"nin bəzi futbolçuları ilə oynamışıq. Əksəriyyətini çox istəyirəm. Prezidentimiz gedibsə, Allah işini avand etsin. 
- Siz olsaydınız, komandanı belə vəziyyətdə qoyub gedərdiniz?
- Kimdi məni prezident seçən?
- Gedənə uğurlar arzuladınız. Bəs bundan sonra gedənlər olacaqmı?
- Futbolçulardan yox, amma Kamran Quliyevin ətrafında olan insanlardan bəlkə. Bu da normaldı. Siz də başqa yerə gedəndə, istəyərsiniz ki, dost-tanışlarınızla işləyəsiniz. Əgər oyundan əvvəl bizim əhvalımız korlandısa, indi qoy, başlqalarının kefi pozulsun...