Yunis Hüseynov oyundan razı qalıb: "Kaş pis oynayardıq..."

Oxunma: 729 TARIX /

"Autsayder komandaların derbisi idi bu matç. Ədalətli nəticəsi heç-heçə olan bir görüş izədik. Təəssüflər olsun ki, qapımıza bir hücum oldu və o da qolla nəticələndi. "Neftçi" ilə matçda da belə olmuşdu. Məcburuq hər oyundan sonra bu sözü deyək ki, qarşıda bizi digər oyunlar gözləyir. Hakimlik barədə nəsə deyə bilmərəm. Epizodlara baxacağıq. Baxandan sonra demək olar," 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Kəpəz" - "Keşlə" matçı sonrası baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yunis Hüseynov deyib. Oyun haqda fikirlər səsləndirən çalışdırıcı daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Dario Frederiko və Vinçester qol vurmaq üçün əsas futbolçularımızdı. Darionu əvvəldən də tanıyırsınız. Məncə o, yenidən qollarını sıralayacaq. Sizdə deyim ki, o, Antalyada bizə qoşulsaydı, bu dəqiqə daha yaxşı oyun sərgiləyərdi. Bəlkə də Darionun bu günkü oyununun alımaması azarkeşlərdi. Tərəfdarlar onu o qədər həvəsləndirdilər ki, Frederiko nə qədər can atsa da, bacarmadı. Vinçester də pis fubolçu deyil. Sadəcə vaxt lazımdı".

"Kəpəz"in çalışdırıcısı komandasının bu gün yaxşı oyun sərgilməməsinə isə bu cür ayhdınlıq gətirdi: "Rəqib komanda arxaya çox çəkilmişdi. Dario Frederikonu təhlükəli futbolçu bilib, ağıllı taktika seçdilər və yaxşı "bağladılar". Vinçesteri də həmçinin. "Keşlə"nin müdafiəçilərini özünə cəlb emək işi isə Samir Zərgərovun üzərinə düşürdü. İstədiyimizi edə bilmədik. Ancaq deyim ki, konkret pis oynadıq, bu da yalan olar. Özünüz də gördüz ki, "Neftçi" ilə matçda da pis təsir bağışlamamışdıq. Futbolun gözəlliyi ondadır də... Biri yaxşı oynayır uduzur, digəri az hücum edir, qələbə qazanır. "Keşlə" də bir qolla oyinu bitirdi. Kaş pis oynayardıq, ancaq 3 xal qazanardıq (gülür)