Qurban Qurbanov: "Bu qarşılaşma mənə həzz verdi"

Oxunma: 391 TARIX /

"Vacib 3 xal qazandıq. Samir Əliyev çox yaxşı komanda formalaşdırıb. Oyunun sürətindən razı qaldım. Azərbaycan çempionatında belə oyunlar hər saat olmur. Belə demək olarsa, bu qarşılaşma mənə həzz verdi".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən "Səbail" - "Qarabağ" matçı sonrası baş tutan mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov deyib. Görüş haqda danışan Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandrııb. 

- Miçelin zədəsi nə yerdədi?
- Hava şəraiti və meydançanın vəziyyəti kiminsə zədələnəcəyindən xəbər verirdi. Miçelin ayağından vurdular, nfövbəti matçda oynayıb-oynamayacağı sual altındadı.

- Meydanda sərt oyunun keçməsi futbolçuları əsəbiləşdirirdi...

 

- Bir var sərt, bir də var kobud oyun. Kobud oyun məni bir qədər narahat edirdi. Ümid edirəm ki, “Səbail” digər komandalara qarşı da belə oynayacaq. Çəkinmədən pressinq edirdilər.

- Kubokun finalı mayın 28-də keçiriləcək. Bir gün sonra millinin oyunu var. Bu barədə nə deyə bilərsiz?
- Bizim aramızda kubokun vaxtı ilə bağlı müzakirə olmayıb. Mən mart ayının proqramını təqdim etdim. Həmin vaxt keçirəcəyimiz oyunların vaxtını 1-2 gün önə çəkəcəyik. Digər oyunlar isə olduğu kimi qalacaq.