Samir Əliyev: "Qarabağ"ın imkan verdiyi qədər oynadıq"

Oxunma: 163 TARIX /

"Oyundan sonra əzmkar mübarizələrinə görə futbolçulara təşəkkür etdim. Bəhanə gətirmək istəmirəm. "Qarabağ"la "Səbail" eyni səviyyəli komanda deyil".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən "Səbail" - "Qarabağ" matçı sonrası baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Əliyev deyib. Çalışdırıcı qarşılaşma haqda bunları deyib.

- "Səbail" ilk hissədə daha çox pressinq edirdi, ikinsi hissənin son 30 dəqiqəsində isə sanki yorğunluq var idi...

- Əksinə, ikinci hissənin sonlarında daha çox pressinqlər edirdik.

- Görüş boyunca elə çox qol epizodu yarada bilmədiniz...

- Düzdü, ancaq onların da elə çox qol vəziyyəti olmadı. Biz də çalışırıq ki, oyunlarımızı düzəldək. "Qarabağ"ın imkan verdiyi qədər oynadıq.

- "Kəpəz" - "Keşlə" matçında hansı komandaya azarkeşlik edirdiniz?

- Açığı istəyirdim ki, görüş heç-heçə bitsin. Çünki xal fərqində bizə çatmalarını istəmirəm. Bununla belə, biz öz oyunlarımıza baxırıq. Elə də vacib deyil, kim necə oynadı.