Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən "Səbail" - "Qarabağ" matçı sonrası qonaqların futbolçusu Riçard Almeyda oyunla bağlı danışıb.

İdmanxeber.com-un məlumatına görə, jurnalistlərin suallarını cavablandıran millimizin üzvü qələbə qazandıqları üçün sevincli olduqlarını dilə gətirdit: "Bilirdik ki, görüş çətin olacaq. Üstəlik belə yağışlı havada. Lakin məqsədimizə çatdıq və 3 xalı aktivimizə yazdırdıq. Azərbaycan çempionatında asan oyun yoxdu. Növbəti rəqibimiz "Kəpəz" olacaq. Ümid edirik ki, onları da məğlub etmək mümkün olacaq.

- Bu güngü görüşün çətin keçməyinə səbəb nə idi?

- "Qarabağ"a qarşı bütün komandalar fərqli taktika seçir. "Qəbələ"yə qarşı yaxşı oyun sərgiləmişdik. Hər zaman yaxşı oynayıb 3 xal qazanmaq mümkün olmur. Bəzən də əla futbol sərgilmirsən, ancaq 3 xal qazanırsan. 

- Dino Ndlovunun yoxluğu sanki meydanda hiss olunur. Çünki qol vəziyyətləri yaranarkən hücumu məntiqi sonluqla bitirən forvard yoxdu...

- Dino çox yaxşı futbolçudu. Ancaq gəlin etiraf edək ki, Dino Ndlovu da bir çox qol vəziyyətlərini sağa-sola xərcləyirdi. Mahir Mədətov kimi hücumçumuz var. Gəncdi, ona dəstək olmaq lazımdı. Ona qalsa, Ronaldo da qol epizodlarını boşa verir.

- "Qəbələ" ilə matçda, yoxsa "Səbail"lə görüşdə daha çox əziyyət çəkdiniz?

- Heç bir görüşdə əziyyət çəkmədik. Hər iki qarşılaşmada istədiyimizi ortaya qoya bildik.

- Azərbaycan çempionatında özünü tam göstərə bilməsə də, komanda yoldaşın olan Ramil Şeydayev Almaniya millisinin qapısına yol tapıb. Necı düşünürsən, Ramil meydana çıxmağı heç haqq etmir?

- Ramil məşlqərdə hər zaman öz üzərində işləyir. Qaldı ki, onun meydana çıxmasına... Bu baş məşqçimiz Qurban Qurbanovun biləcəyi məsələdi.