"Səbail"in Miyası: "Bəxtimiz gətirmədi"

Oxunma: 166 TARIX /

"İlk oyunum olduğuna görə, çətin oldu. Rəqibimiz haqda məlumatım var idi. Çox yaxşı komandadı. Oyun ərzində bir ciddi səhv etdik və nəticədə qol buraxdıq. Amma ümumi götürdükdə, komandamız yaxşı mübarizə apardı. Sadəcə, xalsız qalmağımız bizi üzdü. Elə etməliyik ki, növbəti oyunlarda belə nəticələr təkrarlanmasın, əksinə, qələbə qazanaq".

Bunu İdmanxeber.com-a "Səbail"in yeni transferi Faruk Miya "Qarabağ"la oyundan (0:1) sonra açıqlamasında deyib.

O, bəxtlərinin gətirmədiyini də bildirib:

"Fərqlənmək üçün imkanlarımız oldu. Təəssüf ki, yararlana bilmədik. Bir az da bəxtimiz gətirmədi. Üstəlik, səhvlərimiz də oldu".