Trinidad Tobaqo mətbuatı qış transfer pəncərəsində Avropa, Asiya, Şimali və Mərkəzi Amerika qitələrinə axın edən futbolçularının siyahısını dərc edib.

İdmanxeber.com-un "newsday.co.tt" saytına istinadən verdiyi məlumata görə, siyahıda DÇ 2018-in seçmə mərhləsində özünü yaxşı tərəfdən göstərən Şadon Vinçesterin adı ilk pillədə yer alıb. Həmkarlarımız "Mursielaqos"dan "Kəpəz"ə keçən forvardın Trinidad Tobaqonun baş məşqçisi Dennis Lourensin ən önəmli qol silahı olduğunu qeyd edib. 

Sıralamada Meksikanın "Mursielaqos" kollektivindən ölkəmizin yolunu tutan bir digər TT-lu yarımmüdafiəçi Comal Uilyamsın karyerasının qarşıdakı 6 ayını  "Zirə"də keçirəcəyi göstərilib.