Kipr çempionatında 25-ci turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçusunun formasını geyindiyi "Anortosis" kollektivi tur çərçivəsində evdə "Ermis" komandası ilə qarşılaşıb.

Futbolçumuz 56-cı dəqiqədə oyuna əvəzetmədən daxil olub və olduqca yaxşı performans sərgiləyib. "Anortosis"in 4:0 hesablı qələbəsi ilə başa çatan matçda Araz bir epizodda qol vurmağa yaxın olsa da, onun zərbəsi dirəkdən dönüb. Bununla belə, Duris dönən topu çərçivəyə yollamaqla yaranan qol vəziyyətini boşa verməyib.

Bu qələbə sayəsində xallarını sayını 53-ə çatdıran Abdullayevin komandası üçüncü pillədə qərarlaşıb.

.