İLK DƏFƏ: "Qarabağ" bunu da gördü

Oxunma: 885 TARIX /

Ötən gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vuruldu.

İdmanxeber.com-un məlumatına görə, başa çatan oyunlarla XVI turun azarkeş sayı da bəlli oldu.

Turun antirekordu lider "Qarabağ"ın "Səbail"lə səfər görüşündə qeydə alındı. Yağışlı hava şəraitində oynanılan qarşılaşmanı "Bayıl Arena"da 500 tamaşaçı seyr etdi. Bu Ağdam klubunun bu mövsüm üçün ilk belə göstəricisidi. Belə ki, "köhlən atlar"ın bu mövsüm keçirdiyi Premyer Liqa matçlarında ən azından tribunada 500-də çox tamaşaçı olub.

Turun ən yüksək göstəricisi isə Qəbələdə oldu. Burada keçirilən "Qəbələ" - "Zirə" oyununu 1400 tamaşaçı izlədi.

"Kəpəz" - "Keşlə" görüşünü 1150, "Sumqayıt" - "Neftçi" matçını isə 1300 tamaşaçı stadionda canlı olaraq baxdı.

Ümumilikdə isə bu tur stadiona gələn tamaşaçı sayı 4350-ə bərabər oldu.

Səbail - Qarabağ - 500 tamaşaçı

Kəpəz - Keşlə - 1150 tamaşaçı

Sumqayıt - Neftçi - 1300 tamaşaçı

Qəbələ - Zirə - 1400 tamaşaçı