3 gün əvvəl "Neftçi"nin prezidenti Orxan Hüseynzadə istefa verərək, yerini "Sumqayıt"ın eks patronu Kamran Quliyevə təhvil verdi.

İdmanxeber.com-a daxil olan məlumata görə, həftə içərisində, ən geci həftə sonu Premyer Liqanın 17-ci turu çərivəsində keçiriləcək "Zirə" ilə oyundan sonra daha 2 istefa gerçəkləşəcək. Bunlar çoxdan qələmi "sınan" baş məşqçi Tərlan Əhmədovla, baş menecer Eldəniz Yusifovdu. Əhmədovla birlikdə Yusifovun da həftə sonuna kimi çemodanını toplayacağı dəqiqləşib. Səbəb isə aydındı. "Ağ qaralar"ın yeni prezidenti Eldəniz Yusifovla yox, "Sumqayıt"da birgə çalışdığı baş menecer Ceyhun Sultanovla işləmək niyyətindədi. Odur ki, Sultanovun da "Neftçi"yə keçidi an məsələsidi.