Futbolçularımız Çexiyada darmadağınla qarşılaşdı

Oxunma: 200 TARIX /

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 18-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı futbolçular Rövlan Muradovla Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya”nın gənclərdən ibarət kollektivi “Dukla” ilə qarşılaşıb. Futbolçularımızın klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 4:8.

Bu matçda hər iki futbolçumuz forma şansı qazanıb. Yenicə Praqa klubuna transfer edilən Muradov debüt etdiyi bu matça start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib. U-19 millimizin kapitanı olan Fərid isə 56-cı dəqiqədə meydana çıxıb. Bundan cəmi 2 dəqiqə sonra futbolçumuz qol da vurub.

“Slaviya”nın U-21 komandası geridə qalan turlarda 29 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 6-cı sırada qərarlaşıb.