"Bavariya" "Beşiktaş"a şans vermədi, Londonda sülh

Oxunma: 407 TARIX /

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində növbəti iki qarşılaşma baş tutacaq.

İdmanxeber.com-un məlumatına görə, azərbaycanlı azarkeşlərin səbirsizliklə gözlədiyi oyun Münhendə olacaq. Burada Almaniya nəhəngi "Bavariya" Türkiyənin "Beşiktaş" komandasını qəbul edəcək.

Günün digər həyəcanla gözlənilən oyunu Londonda keçiriləcək. Burada "Çelsi" "Barselona" ilə münasibətlərə aydınlıq gətirəcək.

Çempionlar Liqası

1/8 final (ilk oyunlar)

20 fevral

23:45. “Bavariya” – “Beşiktaş” 5:0

Qollar: Müller, 43, Koman, 53, Müller, 66, Levandovski, 79; 88

Qırmızı vərəqə: Vida, 16 ("Beşiktaş")

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

“Alyans Arena”, Münhen

23:45. “Çelsi” – “Barselona” 1:1

Qollar: Villian, 62 (1:0), Messi, 75 (1:1)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

“Stemford Bric”, London