"Fənərbaxça" "Qarabağ"ın futbolçusunu transfer etdi

Oxunma: 636 TARIX /

U-19 millimizin üzvü Turan Vəlizadə futbolçu "Fənərbaxça"ya transfer olunub.

İdmanxeber.com-un “Fotomaç”a istinadən yaydığı məlumata görə, "sarı lacıvərdlilər"in aşağı yaş qruplarından ibarət komandası heyətinə 8 nəfər 17 yaşlı oyunçu cəlb edib ki, onlardan biri də Vəlizadə olub.

Onunla yanaşı, “Oberhauzen”dən Mete Yıldız, “Duysburq”dan Oğuzhan, “Gütersloh”dan Hüseyin, “Qalatasaray”dan Oben, “Çanakkale”dən Görkəm, “Yönköppinq”dən Andreas Kilit və klubun tanınmış futbolçulardan olmuş xorvatiyalı Milan Rapaiçin oğlu Boris Rapaiçi də transfer edilib.

Qeyd edək ki, T.Vəlizadə "Qarabağ"ın U-19 komandasında oynayırdı.