Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində evdə doğma meydanda "Zirə"yə 2:1 hesabı ilə qalib gələn "Qəbələ"nin futbolçusu cəzalı duruma düşüb.

İdmanxeber.com-un məlumatına görə, Qismət Alıyev qarşılaşmanın 46-cı dəqiqəsində sarı vərəqə görməklə cari mövsüm 4-cü dəfə rəsmi xəbərdarlıqla qarşı-qarşıya qalıb. Bu isə son zamanlarda əyalət klubunun əsas heyət üzvünə çevrilən Alıyevin, həftəsonu "Səbail" matçını buraxması anlamına gəlir.