"Kəpəz" tam itkisiz hazırlaşır

Oxunma: 183 TARIX /

“Keşlə” ilə ev oyunundan sonra bir gün istirahət edən “Kəpəz”in əsas komandasının üzvləri dünəndən məşqləri bərpa ediblər.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, “sarı-göylər” Topaz Premyer Liqasının 17-ci turunda səfərdə qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır. Komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edir. “Kəpəz” fevralın 23-nədək BOS-da çalışmalara çıxacaq.

Qeyd edək ki, heyətdə zədəli futbolçu yoxdur