Rəşad Sadiqov həm özünü, həm "Neftçi"ni bəlaya saldı

Oxunma: 597 TARIX /

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. 

İdmanxeber.com həmin qərarlarla sizi tanış edir. 

Azərbaycan Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyunun 60-cı dəqiqəsində "Neftçi" klubunun 6 №-li futbolçusu Rəşad Sadiqov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.

“Sumqayıt” klubunun baş məşqçisi Samir Abasovun texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur