Ronaldonun adı "Real"ın iştirak ərizəsindən çıxarıldı

Oxunma: 478 TARIX /

"Real"ın futbolçusu Kriştiano Ronaldo İspaniya La Liqasının 16-cı turundan təxirə salınan "Leqanes"lə oyunu buraxacaq.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı hücumçunun adı sözügedən matç üçün iştirak ərizəsinə daxil edilməyib. Komandanın baş məşqçisi Zinəddin Zidan K.Ronaldoya istirahət vermək qərarına gəlib.

Qeyd edək ki, "Leqanes" - "Real" görüşü bu gün keçiriləcək.