Ermənistan – Azərbaycan matçının vaxtı bəlli oldu

Oxunma: 1349 TARIX /

Basketbol üzrə Azərbaycan millisinin (U-16) Avropa birinciliyində oyunlarının vaxtı dəqiqləşib. 

İdmanxeber.com-un məlumatına görə, Elşən Yusubovun rəhbərlik etdiyi komanda ilk görüşünü ev sahibi San-Marinoya qarşı keçirəcək.

Bu matç iyulun 3-də olacaq. C divizionunun A qrupunda yer alan basketbolçularımız ertəsi gün Ermənistan millisi ilə üz-üzə gələcəklər. İyulun 5-də Albaniya ilə oynayacaq yığmamız iki gün sonra Avstriyanı sınağa çəkəcək. Təmsilçimiz son görüşündə Moldova ilə qüvvəsini sınayacaq. Bu oyun iyulun 8-nə təsadüf edəcək.