Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner uğursuzluqla üzləşib.

Idmanxeber.com-un məlumatına görə, dağ xizəkçiliyinin slalom növü üzrə mübarizə aparan avstriyalı idmançı yıxıldığı üçün finişə çata bilməyib.

Qeyd edək ki, yarışın birinci keçidində iştirak edən 106 idmançıdan 52-si finişə çatıb. Onlar medalçıların müəyyənləşəcəyi ikinci keçidə qatılacaqlar.