Çempionlar Liqasında dünən baş tutan iki matçdan sonra 1/8 final mərhələsinin ilk görüşlərinə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, bununla da arxada qalan görüşlər ərzində ən çox seyv edən qapıçıların statistik göstəriciləri bəlli olub. Mübarizəni qrup mərhələsində dayandıran təmsilçimiz "Qarabağ"ın qapıçısı İbrahim Şehiç siyahının ən zirəsində yer alıb. 6 qarşılaşmada 35 dəfə rəqibin hücumlarını dəf edən "əlcək sahibi"nə çatan yoxdu. 

Bosniyalı qolkiiperi ÇL-də mübarizəni dayandıran daha bir komandanın - Sloveniya "Maribor"unun "çərçivə" qoruyucusu Yasmin Handanoviç və "Şaxtyor"un qapıçısı Andrey Pyatov izləyir - 32 qurtarış. Sonuncu bu saya 7 matçda çatıb. ÇSKA-nın qapıçısı İqor Akinfeyev 29 seyvlə 4-cüdürsə, "ilk 5-liy"i "Roma"nın dəri əlcək sahibi Alison Beker qapayır.