Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra ən gözəl qola namizədlər müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, namizədlər sırasında Sadio Manenin (“Liverpul”) “Porto” ilə, İlkay Gündoğanın (“Mançester Siti”) “Bazel”lə, Villianın (“Çelsi”) “Barselona” ilə, Fredin (“Şaxtyor”) “Roma” ilə, həmçinin Qonzalo İquainin (“Yuventus”) “Tottenhem”lə qarşılaşmada vurduğu qollar yer alıb.
 
Qeyd edək ki, ilk matçlarda Mane het-trik, Gündoğan və İquain dubl edib, Fredlə Villian hərəyə bir dəfə fərqlənib.