Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi

Oxunma: 258 TARIX /

Futbol üzrə Hollandiya birinci liqasında (Jupiler Liqa) 26-cı turun oyunları keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, hesabat turu azərbaycanlı futbolçuların komandalarının qarşılaşmasıyla əlamətdar olub.

Belə ki, Ziya Əzizovun formasını geyindiyi “Den Boş” doğma meydanda U-21 millimizin üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu “Valveyk”lə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb. Lakin gərgin keçən görüşdə meydan sahiblərinin bir, qonaqların isə iki futbolçusu meydandan qovulub.


Futbolçularımız da bu görüşün iştirakçısı olublar. Start heyətdə meydana çıxan Əzizov 77-ci dəqiqədə əvəzlənib. Ozan Can isə matçın 84-cü dəqiqəsində meydana buraxılıb.


26 oyuna 36 xal toplamış “Den Boş” hazırda 20 kollektiv sırasında 10-cu, 24 xalı olan “Valveyk” isə 18-ci pillədə qərarlaşıb.