İcarə əsasında "Qarabağ"da çıxış edən Pedro Enrike yayda Ağdam klubundan ayrılacaq.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı yarımmüdafiəçi yeni mövsümdə müqavilə ilə məxsus olduğu PAOK-a qayıdacağını istisna etməyib.

“Hazırda özümü “Qarabağ”la Azərbaycan çempionluğunu qazanmağa kökləmişəm. Əlbəttə, mən PAOK – “Olimpiakos” derbisində oynamaq istəyərəm və mümkündür ki, bunu elə növbəti mövsümdə edəcəyəm. İndilikdə isə hazırkı mövsümün bitməsini gözləmək lazımdır”.