Araz Abdullayevli "Anartosis"i dayandıran tapılmır

Oxunma: 444 TARIX /

Milli komandamızın futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” Kipr çempionatında növbəti oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Famaqusta təmsilçisi XXVI tur çərçivəsində səfərdə AEL-lə qarşılaşıb.

Oyun Arazın komandasının minimal hesablı qələbəsi ilə yekunlaşıb.

A.Abdullayev bu matçda start heyətində yer alıb və 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 26 oyuna 56 xal toplayan “Anortosis” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb