Qurban Qurbanov onu komandadan göndərir?

Oxunma: 820 TARIX /

Böyük ümidlərlə "Qarabağ"a transfer olunan Ağabala Ramazanov yayda komandadan ayrıla bilər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, gənc hücumçu istənilən oyunu sərgiləmədiyindən və bu baxımdan da, əsas heyətə düşməkdə çətinlik çəkdiyindən onun ən yaxşı halda icarəyə veriləcəyi gözlənilir. Tez-tez əvəzedici komandaya göndərilən Ramazanovun çıxışından narazı qalan Qurban Qurbanov komandanın "44" nömrəsinin "artırması" üçün başqa klubda icarə əsasında çıxış etməsinin tərəfdarıdı.

Lakin Ağdam klubunun çalışdırıcısı Ramil Şeydayevlə bağlı eyni düşüncədə deyil. Dino Ndlovunun gedişindən sonra yeni hücumçu transfer etməyən "köhlən atlar" Şeydayevin əvvəlki performansını təkrarlayacağına və hücumda yaranan problemin onunla həll olunacağına ümid edir. Ramazanov kimi əsas heyətdə möhkəmlənə bilməyən Şeydayevin komandada qalacağı isə dəqiqdir.