"Qarabağ" Xocalı qurbanlarını andı (VİDEO)

Oxunma: 295 TARIX /

“Qarabağ” qan yaddaşımızın səhifələrindən biri Xocalı faciəsini unutmayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, hər zaman xüsusi məqamlara diqqətlə yanaşan vitse-prezident Tahir Gözəl bu gün komanda ilə görüşüb.

Görüş Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş 1 dəqiqəlik sükutla başlayıb. Daha sonra Gözəl həm Azərbaycan, həm də ingilis dillərində 26 il bundan əvvəl baş verən Xocalı faciəsi haqda ətraflı danışıb və futbolçulara geniş məlumat verib.