Araz Abdullayev hazırda çıxış etdiyi Kiprin "Anortosis" klubuna birdəfəlik trnsfer oluna bilər.

İdmanxeber.com-un "Protathlima"ya istinadən verdiyi məlumata görə, komanda rəhbərliyi və məşqçi heyətinin 25 yaşlı yarımmüdafiəçinin çıxışından razı olduğu və onun gələcəkdə komandaya kömək edəcəyi düşündüyü vurğulanıb. Xəbərdə  A.Abdullayevin müqavilə ilə məxsus olduğu "Qəbələ"nin "Anortosis"dən  bu transfer üçün 150 min avro tələb etdiyi bilirilib.

Klub həmin məbləği ödəyib-ödəməyəcəyi ilə bağlı yekun qərarı hələ verməyib. Bu, onun növbəti matçlardakı çıxışından asılı olacaq.

Qeyd edək ki, A.Abdullayev mövsümün əvvəlindən icarə əsasında "Anortosis"də oynayır