"Keşlə" müvəqqəti "İnter Arena"dan uzaqlaşdı - RƏSMİ

Oxunma: 334 TARIX /

“Keşlə” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

İdmanxeber.com-un məlumatıa görə, klub ev oyunlarını keçirdiyi “İnter Arena”da dövlət əhəmiyyətli tədbirin təşkilini əsas tutaraq Azərbaycan Premyer Liqasının XIX turunun matçının yerinin dəyişdirilməsini istəyib. PFL “Keşlə” klubunun müraciətini və “Neftçi”nin razılıq məktubunu nəzərə alıb, aşağıdakı qərarları qəbul edib:


Azərbaycan Premyer Liqasının XIX turunun “Keşlə” – “Neftçi” matçı 9 mart 2018-ci il tarixdə “Bakcell Arena”da keçirilsin.

XIX turda meydan sahibi “Neftçi” klubu, hər iki klubun iştirakı ilə dördüncü dövrənin matçında meydan sahibi kimi “Keşlə” klubu təsdiq edilsin.