AFFA "Qəbələ" və "Neftçi"ni cərimələdi

Oxunma: 230 TARIX /

AFFA İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, İK Azərbaycan Premyer Liqasının 18-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Qəbələ” – “Neftçi” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində “Qəbələ” müdafiəçisi Yusif Nəbiyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Klub isə 200 manat məbləğində cərimələnib.